
Qarabağ Universitetinin Klinikası Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtlərinə görə, Qarabağ Universitetinin Klinikası Şuşa şəhərində 28 mənzili İdarədən bir il müddətində kirayəyə götürəcək və qarşılığında 201 min 72 manat ödəyəcək.
Açıqlanan məlumatdan da göründüyü kimi, Qarabağ Universiteti Şuşa şəhərində bir mənzilin kirayəsi üçün ay ərzində orta hesabla 598 manat xərcləyəcək.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz