
Azərbaycan UEFA-nın ölkələr üzrə beşillik klub əmsalı reytinqində 25-ci pilləyə yüksəlib.
Yeniavaz.com xəbər verir ki, ölkə klublarının Avropadakı nəticələri əsasında formalaşdırılan bu göstəricidə Azərbaycanın hesabında 23 687 xal var.
Qeyd edək ki, UEFA-nın ölkə əmsalı reytinqi Avropa klublarının Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasındakı çıxışları əsasında hesablanır. UEFA hər ölkənin həmin mövsümdə topladığı əmsalı hesablayır və son beş mövsümün göstəricilərini birləşdirərək ümumi reytinqi müəyyənləşdirir.
26 avqust 2026-cı il tarixinə olan göstəriciyə əsasən, Azərbaycan 23 687 xalla 25-ci sıradadır.
Bu yüksəlişdə əsas səbəblərdən biri “Sabah” klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə keçməsi olub.
“Sabah” pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel Beer-Şeva” komandasını 5:2 hesabı ilə məğlub etdiyi üçün Azərbaycanın ölkə əmsalına 1 750 xal əlavə edilib.
2026/27 mövsümündə Azərbaycan Avropa klub turnirlərində 4 komanda ilə təmsil olunub. 2026/27 mövsümü üzrə Azərbaycanın cari mövsüm əmsalı isə 5 125 xal təşkil edib. Bu göstəriciyə görə Azərbaycan Avropda birinci sırda yer alıb. Belə ki, bu mövsum heç bir ölkənin klubları bu qədər xal əldə etməyib. Azərbaycandan sonra ən yüksək xalı Norveç klubları toplayıb – 4 600 xal. 2026/27 mövsümündə Avropda 4 000-dən çox xal toplayan cəmi 5 ölkə var - Azərbaycan (5 125 xal), Norveç (4 600 xal), Türkiyə (4 500 xal), Rusiya (4 333 xal) və Slovakiya (4 125 xal).
Məlumat üçün bildirək ki, reytinqin ilk pilləsində İngiltərə qərarlaşıb. İngiltərənin hesabında 101 907 xal var. İtaliya 87 732 xalla ikinci, İspaniya 82 493 xalla üçüncü, Almaniya 80 259 xalla dördüncü, Fransa isə 68 010 xalla beşincidir.
Türkiyə 49 675 xalla 9-cu, Polşa 44 825 xalla 10-cu, Çexiya 44 325 xalla 11-ci, Yunanıstan isə 43 412 xalla 12-ci sıradadır.
Azərbaycanın 25-ci pillədə qərarlaşması ölkənin Avropanın orta reytinq qrupunda yer aldığını göstərir.
Onu da bildirək ki, Azərbaycan Ukraynadan sonra keçmiş SSRİ ölkələri arasında ən yüksək nəticəyə sahib olan ölkə olub.
55 ölkənin yer aldığı reytinq cədvəlində keçmiş SSRİ ölkələrin mövqeyi aşağıdakı kimi olub:
23-cü yer – Ukrayna (24 087 xal)
25-ci yer – Azərbaycan (23 687 xal)
28-ci yer – Rusiya (21 665 xal)
33-cü yer – Ermənistan (15 562 xal)
36-cı yer – Latviya (13 625 xal)
38-ci yer – Qazaxıstan (12 375 xal)
40-cı yer – Moldova (10 250 xal)
45-ci yer – Litva (7 875 xal)
48-ci yer – Estoniya (7 041 xal)
51-ci yer – Gürcüstan (6 500 xal)
Onu da xatırladaq ki, Rusiya klubları UEFA yarışlarından uzaqlaşdırıldığı üçün 2026/27-də heç bir Rusiya klubu iştirak etməyib. UEFA buna görə Rusiyaya bu mövsum üçün son beş mövsümdə qazandığı ən aşağı mövsümlük əmsalı — 4 333-ü tətbiq edib.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz