ABŞ-ın yeni dövlət katibi: "Yerevanı blokadadan çıxarmağa çalışacam"

"Azərbaycan və Ermənistan arasında münaqişənin aradan qaldırılması, bölgədə uzunmüddətli sabitliyi və inkişafı bərpa edəcək sülhün əldə edilməsi üçün əlimdən gələni edəcəyəm". "Yeniavaz.com"un Nevvs.am-a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın yeni dövlət katibi Reks Tillerson senatdakı dinləmələr zamanı etdiyi çıxışında deyib. Tillersonun sözlərinə görə, bölgədə sülhün əldə edilməsi üçün ilk növbdə tərəflər arasında qarşılıqlı etimadın bərpa edilməsi və imzalanacaq anlaşmaların yerinə yetirilməsinə qarantiya verilməsi vacibdir. Tillerson həmçinin Ermənistan və Türkiyə arasında iqtisadi və siyasi əlaqələrin normallaşdırılması və Yerevana tətbiq edilən blokadanın aradan qaldırılması üçün səylərə baş vuracağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top