“Fənərbağça” “Lion”u məğlub edib 18 il sonra Çempionlar Liqasına qayıtdı – Video


Ötən gecə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Türkiyənin “Fənərbağça” klubu səfərdə Fransanın “Olimpik Lion” klubu ilə qarşılaşıb.
Yeniavaz.com
xəbər verir ki, matç İstanbul təmsilçisinin 1:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə “Fənərbağça” Çempionlar Liqasının liqa mərhələsinə adlayıb və 18 il sonra qitənin ən böyük turnirinin əsas mərhələsinə vəsiqə qazanıb.
Belə ki, “Sarı-lacivərtlilər” sonuncu dəfə Çempionlar Liqasının əsas mərhələsində 2008-2009 mövsümündə mübarizə aparıb.
Xatırladaq ki, “Fənərbağça” və “Olimpik Lion” arasında İstanbulda keçirilən ilk matç 1:1 hesabı ilə başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top