
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə dəstəyə görə Azərbaycana və bir sıra digər ölkələrə təşəkkür edib.
Yeniavaz.com xəbər verir ki, Zelenski bu barədə “X” sosial şəbəkə səhifəsində bildirib.
Zelenski hər bir dəstək jestinin vacib olduğunu qeyd edib və müstəqilliyinin bərpasının 35-ci ildönümü günündə Ukraynanı diqqət mərkəzində saxlayan ölkələrə təşəkkürünü bildirib.
“Ukrayna və ukraynalıları düşündüyünüz üçün minnətdarıq”, - o qeyd edib.
Qeyd edək ki, Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzi bu ölkənin bayrağının rəngləri ilə işıqlandırılmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz