
İran dövlət televiziyası ABŞ Prezidenti Donald Trampın oğlu Barron Trampın başına 10 milyon dollar mükafat qoyulduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, İran Radio və Televiziya Korporasiyasının (IRIB) 3-cü kanalında yayımlanan videoda Barronun gündəlik həyatı ilə bağlı müxtəlif iddialar yer alıb.
Videoda Barronun harada olduğu, təhsili, cangüdənləri və şəxsi maraqları haqqında məlumat verilir, eyni zamanda onunla əlaqə saxlaya bilənlərə istiqamətlər təqdim olunur və onu öldürən hər kəsə 10 milyon dollar mükafat veriləcəyi bildirilir.
Məlumatın, iddialara görə, “Trump Tower”in 58-ci mərtəbəsində Barron Trampla şəxsi görüş keçirən bir qadın tərəfindən sızdırıldığı bildirilir.
Xəbərdə həmçinin Barron Trampın Nyu-Yorkdakı “Trump Tower”dən Vaşinqtondakı bir təhsil müəssisəsinə təhlükəsizlik karvanı ilə getdiyi iddia edilib.
Sözügedən videodakı iddialara görə, Barron Trampın video oyunlara olan marağı, cangüdənləri və dərslərə necə getməsi ilə bağlı iddialarla yanaşı, həmçinin bəzi şəxsi məlumatları da öz əksini tapır.
Qeyd edək ki, ötən ay İran mediası ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın gündəlik həyatı ilə bağlı olduğu iddia edilən məlumatların və oğulları Barrona qarşı təhdidlərin yer aldığı video dərc etmişdi.
“Tasnim” agentliyinin dərc etdiyi videoda Melaniya Trampın tez-tez ziyarət etdiyi yerlər və alış-veriş etdiyi iddia edilən mağazalar göstərilmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz