
Britaniyalı aktyor Cek Barton yeni Ceyms Bond rolunu canlandırmaq üçün əsas namizəd kimi göstərilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Page Six” nəşri mənbələrə istinadla məlumat verib.
Nəşrin məlumatına görə, layihə direktoru Denis Villnev və kastinq direktoru Nina Qold yeni “Agent 007” rolu üçün Böyük Britaniyada çoxsaylı az tanınan aktyorları nəzərdən keçiriblər.
Bartonun onlar arasında favorit olduğu bildirilib.
Yeni “Ceyms Bond” filminin rejissoru Denis Villnev, ssenaristi isə Stiven Naytdır.
Baş rol üçün aktyor seçiminin təfərrüatları hələlik məlum deyil.
Digər tərəfdən, iyun ayında aktyor İdris Elba “Agent 007” roluna namizədliyinin nəzərdən keçirildiyinə dair şayiələri təkzib edib. “Lüter” ulduzu onun namizədliyi ilə bağlı söhbətlərin ciddi olmadığını və istənilən personajın “siyasiləşdirilməsinə” qarşı çıxdığını bildirib. Aktyorun fikribcə, personaj Yan Fleminq tərəfindən yaradılan orijinal obrazdan çox da uzaqlaşmamalıdır.
Tətbiqimizi yükləyə bilərsiniz