
İranın Ali Lideri Müctəba Xamenei İrana endirilən zərbə nəticəsində ağır yaralanıb, lakin sağ qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp radio aparıcısı Qlenn Beklə müsahibəsində bildirib.
“Bədəninin sol tərəfindən ağır yara alıb. Amma onun öldüyünü düşünmürəm”, - Tramp qeyd edib.
Qeyd edək ki, martın 12-də “The Sun” qəzeti Müctəba Xameneinin hava hücumu nəticəsində ağır yaralandığını bildirib. Digər tərəfdən, Tehran da rəsmi olaraq yeni liderin 28 martda ABŞ və İsrailin ilkin hücumunda yaralandığını etiraf edib. Lakin xəsarətin yüngül olduğunu iddia edib. ABŞ administrasiyası da Xameneinin sağ olduğu ilə bağlı dəlillər olduğunu qeyd edib, lakin onun Ali Lider kimi fəaliyyət qabiliyyəti barədə sualların olduğunu əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz