
Cəlilabadda zəlzələ olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Məlumata görə, Cəlilabad stansiyasından 14 km cənub-qərbdə Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.
3,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 18:47-də, 26 km dərinlikdə baş verib.
Zəlzələ hiss olunmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz