Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu


Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş prezident Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Komitədən bunun qabaqlayıcı tədbir olaraq həyata keçirildiyi bildirilib.  
Ermənistanın üçüncü prezidenti külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluqda ittiham olunur.
Qeyd edək avqustun 25-də Ermənistan Baş Prokurorluğu keçmiş prezident Robert Koçaryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaq və çirkli pulların yuyulması ittihamları ilə cinayət işinin açıldığını elan edib. O, dünən saxlanılıb və səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Bun gün isə Koçaryan xəstəxanadan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə köçürülüb. İş üzrə Koçaryanın böyük oğlu Sedrak barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Koçaryanın prezidentliyi dövründə müdafiə naziri vəzifəsini tutmuş Sarkisyan da bu işdə iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top