Zelenski Maska orden verdi


Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı sahibkar İlon Maska “Azadlıq” ordeni verilməsi haqqında fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki,s ənəd Ukrayna liderinin saytında dərc edilib.
Sənədə görə, Mask “Azadlıq” ordeni ilə insan həyatının və azadlığının qorunmasına, eləcə də Ukrayna ilə Amerika Birləşmiş Ştatları xalqları arasında münasibətlərin inkişafına verdiyi şəxsi töhfəyə görə verilib.
Qeyd edək ki, “Azadlıq” ordeni əsasən Ukraynanı dəstəkləyən xarici liderlərə verilir. Bu yaxınlarda ordenə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Endi Börnhem və Litva Prezidenti Qitanas Nauseda layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top