1-ci sinfə gedən hər 4 uşaqdan 1-i təhsili başa vura bilməyib


Bu il – 2025/2026-cı tədris ilində Azərbaycanda 116,6 min şagird dövlət ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsini – XI sinfi başa vuraraq məzun olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 11 il əvvəl – 2015/2016-cı tədris ilinin əvvəlində dövlət ümumi təhsil müəssisələrinin I siniflərində 154,9 min şagird təhsil alıb.
Açıqlanan məlumatlardan da göründüyü kimi, 2015-ci ildə I sinfə qəbul olunanların sayı 2026-cı ildə məzun olanların sayından 38,3 min nəfər çoxdur.
Bu isə o deməkdir ki, 11 il əvvəl I sinfə başlayanların təxminən 24,7 faizi və ya 38,3 min nəfəri tam orta təhsil səviyyəsini başa vura bilməyib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top