
Məhkəmənin Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayı ilə bağlı verdiyi “mütləq etibarsızlıq” qərarından sonra partiyanın rəhbərliyinə qayıdan Kamal Kılıçdaroğlu ilə bağlı qalmaqallar davam edir.
Yeniavaz.com “Cumhuriyet”ə istinadən xəbər verir ki, Türkiyənin tanınmış iqtisadçısı Uğur Emek Kılıçdaroğlunun ona zəng etdiyini bildirib.
O, sosial şəbəkə hesabında Kılıçdaroğludan zəng gəldiyini göstərən telefon tarixçəsini paylaşaraq yazıb:
“Bunu təəssüflə deyirəm: onun zənglərinə bir daha cavab verməyəcəyəm. Xahiş edirəm, mənə bir daha zəng etməyin”.
Qeyd edək ki, K.Kılıçdaroğlu 2010-cu ildə CHP sədri seçilib, 2023-cü ildə keçirilən qurultayda Özgür Özələ məğlub olaraq vəzifəsini tərk edib. 2026-cı ildə isə məhkəmənin CHP-nin 38-ci Qurultayı ilə bağlı “mütləq etibarsızlıq” qərarından sonra yenidən partiyanın rəhbərliyinə gətirilib.
Xatırladaq ki, məhkəmənin bu qərarı Türkiyədə, o cümlədən CHP daxilində qalmaqallara səbəb olub. Vəziyyət o yerə çatıb ki, vəzifəsindən uzaqlaşdırılan Özgür Özəl 91 millət vəkili ilə CHP-dən ayrılaraq YENİ Partiyanı qurub. O cümlədən, Türkiyədəki bir çox ictimai-siyasi xadim, incəsənət nümayəndələri K. Kılıçdaroğlunun məhkəmə qərarı ilə CHP-nin rəhbərliyinə qayıtmasını sərt tənqid ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz