Azərbaycanda ailələrin 73 faizi 1 və 2 uşaqlıdır


Azərbaycanda 1 milyon 347,5 min ev təsərrüfatında (ailədə) 18 yaşadək uşaq var.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, onların 725,6 mini şəhər, 621,9 mini isə kənd yerlərində yerləşir.
18 yaşadək uşaqları olan ailələrin 423 minində 1 uşaq, 557,8 minində 2 uşaq, 256,3 minində 3 uşaq, 110,4 minində isə 4 və daha çox uşaq var.
Beləliklə, uşaqlı ailələrin 41,4 faizində 2 uşaq, 31,4 faizində 1 uşaq, 19 faizində 3 uşaq, 8,2 faizində isə 4 və daha çox uşaq qeydə alınıb.
Şəhər yerlərində uşaqlı ailələrin 40,8 faizini 2 uşaqlı, 33,2 faizini 1 uşaqlı, 18,3 faizini 3 uşaqlı, 7,7 faizini isə 4 və daha çox uşaqlı təsərrüfatlar təşkil edib.
Kənd yerlərində isə bu göstəricilər müvafiq olaraq 42,1 faiz, 29,2 faiz, 19,8 faiz və 8,9 faiz olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top