"Dəyanətin himayəsində sahibsiz heyvanlar, kimsəsiz insanlar var idi" - Tanınmış psixoloq

Psixoloq Dəyanət Rzayevin intiharından bir neçə gün ötsə də hələ də onunla bağlı fikirlər müzakirə mövzusudur. Qəribədir ki, öz açıqlamalarında Dəyanət Rzayevi ittiham edənlər də var.

Tanınmış psixoloq Təhminə Çələbi Dəyanət Rzayevi ittiham edənlərə cavab verib. Yeniavaz.com saytı T. Çələbinin fikirlərini təqdim edir: "Dostumu itirdim mən. Ən yaxın dostumu, doğmamı. Sakit müşahidə edirəm müsahibələri, fikirləri, rəyləri, fantaziyaların gücünü, qınaqları, verlişlərə, saytlara verilən informasiyaları. Heç birində Dəyanət haqqında heç nə yox idi. Sağlığında içində düşündüklərini üzünə deyə bilməyənlər üçün meydan açıldı. Öz ailələrini reklama çevirənlər "Dəyanət həyat yoldaşını tərk edib" dedilər.

Psixoterapiyanı biznes kimi görənlər Dəyanətin pulu çox idi dedilər. Etdiyi səhvlər ucbatından onu itirənlər "ölkədən qaçmaq istəyirdi" dedilər. Əslində hərə öz dərdindən danışdı - borcu var idi dedilər. Siyasətə qatdılar adını.

Dəyanət işinin peşəkarı idi və hamınızın içini görürdü. Həyat yoldaşı tərk etmişdimi, yox, öz istəyi ilə qarşılıqlı verilən qərarla ayrılmışdı, boşanmışdı.

Dəyanətin çoxlu pulu var idimi, yox, evi və bir də himayəsində sahibsiz heyvanlar, kimsəsiz insanlar var idi. Təmənnasız seanslar verirdi.

Dəyanətin kimsəyə borcu yoxdu, amma hazırda bu sahədə işləyənlərin əksəriyyətinin ona borcu var. Peşə yiyəsi edib, çörək verib, əlindən tutub, cəmiyyətə tanıtdırıb. O, bunu təmənnasız edirdi. Emossional idi, pozitiv idi, ensiklopedik biliyə sahib idi, əsl dost idi... O, Dəyanət Rzayev idi"

Nicat

DİGƏR XƏBƏRLƏR

Top