Nepalda kəndləri su basdı: Ölənlər və itkin düşənlər var – Video


Nepalda baş verən 4,4 bal gücündə zəlzələ nəticəsində meydana gələn torpaq sürüşməsi Bhote Koşi çayının qarşısını kəsib.
Yeniavaz.com
CNN-ə istinadla xəbər verir ki, nəticədə çayın qollarında suyun təzyiqi artıb və bir çox kəndi su basıb.
Ölkənin polis təşkilatı indiyədək ən azı 8 nəfərin öldüyünü, aralarında turistlərin də olduğu 400 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
Bildirilib ki, helikopterlər ərazidə axtarış aparır, lakin bəzi yerlərdə su səviyyəsi onların enməsi üçün çox yüksəkdir.

DİGƏR XƏBƏRLƏR

Top