Polad Bülbüloğludan evlənməsi barədə yayılan xəbərlərə reaksiya – Yenilənib


Polad Bülbüloğlu evlənməsi barədə yayılan xəbərləri təkzib edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “Novoye Vremya” qəzetinə danışıb.
“Sənətçi hazırda Türkiyədə tətildədir. O, boşanma xəbərlərinin yalan olduğunu bildirib. O, Gülnarə Şıxəliyevadan boşanmadığını və üçüncü dəfə evlənmədiyini bildirib”, - qəzet yazır.

***10:48
Xalq artisti, tanınmış bəstəkar, müğənni və deputat Polad Bülbüloğlunun yenidən ailə həyatı qurduğu bildirilir.
Yeniavaz.com
“Publika”ya istinadla xəbər verir ki, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərovadır.
1978-ci ildə anadan olan E.Cəfərova Azərbaycan rəqs sənətinin tanınmış nümayəndələrindəndir. O, Bakı Xoreoqrafiya Akademiyasının Milli və müasir rəqs kafedrasında müəllim kimi fəaliyyət göstərir.
2025-ci ilin fevralında Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun 80 illiyinə həsr olunmuş “Qayıdış” adlı yubiley gecəsinin baş baletmeysteri də Eteri Cəfərova olub. Onlar səhnədə birgə çıxış da ediblər. E.Cəfərova Polad Bülbüloğlunun ifa etdiyi xalq mahnılarının xoreoqrafik təqdimatlarında solist kimi yer alıb.

Qeyd edək ki, Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə anadan olub. Hazırda 81 yaşı olan sənətkarın əvvəlki evliliklərindən 3 övladı var.



DİGƏR XƏBƏRLƏR

Top