
ABŞ və İranın atəşkəs barədə razılığa gəldiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran və Pakistandakı mənbələr “RİA Novosti” agentliyinə bildiriblər.
Məlumata görə, razılaşmaya Hörmüz boğazında sərbəst naviqasiya da daxildir.
“Atəşkəsin yaxın günlərdə rəsmi olaraq elan ediləcəyi gözlənilir. Bundan sonra danışıqlar və texniki görüşlər keçiriləcək”, - agentliyin məlumatında deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz