İran və Oman Hörmüz boğazında müvəqqəti dəhliz yaradacaq


İran və Oman birgə idarəetmə altında Hörmüz boğazında müvəqqəti dəniz dəhlizi yaratmaq barədə razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin danışıqlardan sonra yaydığı kommünikedə bildirilir.
“Xarici işlər nazirləri Hörmüz boğazında gəmiçiliyin bərpası üçün gələcək tədbirlər planını müzakirə ediblər. Bu təşəbbüs boğazda birgə idarəetmə altında müvəqqəti gəmiçilik dəhlizinin yaradılmasını da əhatə edir”, - deyə İran Xarici İşlər Nazirliyinin mətbuat katibinin “Telegram” kanalında dərc olunmuş sənəddə deyilir.  
Sənədə görə, tərəflər həmçinin, müvəqqəti dəhlizin birgə səylərlə təmizlənməsi barədə razılıq əldə ediblər.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, İran və Oman xarici işlər nazirləri Hörmüz boğazında daimi dəhliz yaratmaq üzərində işləri davam etdirəcəklərini bildiriblər.
“Tərəflər Hörmüz boğazında daimi gəmiçilik dəhlizi barədə razılığa gəlmək və onun birgə idarə olunması mexanizmini hazırlamaq üçün texniki danışıqları davam etdirəcəklər”, - kommünikedə deyilir.
Bu baxımdan, Tehran İran və Omanın körfəzdə məlumat mübadiləsi aparmaq və təhlükəsiz naviqasiyanı təmin etmək üçün Fars körfəzinin ərəb ölkələri ilə danışıqlar aparmağa hazır olduqlarını əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top