“Sabah” ÇL-də liqa mərhələsinə vəsiqə qazandı


"Sabah" komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan çempionu “Sabah” Tofiq Bəhramov adına Respublika stadionunda İsrail çempionu “Hapoel” (Beer-Şeva) ilə qarşılaşıb.
Qarşılaşma saat 20:45-də start götürüb.
Oyun komandamızın 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Rəqib komandanın oyunçusu İqor Zlatinoviç 3-cü dəqiqədə fərqlənsə də, ofsayd vəziyyəti ilə əlaqədar qol qeydə alınmayıb. 10-cu dəqiqədə İqor Zlatanoviç hesabı açıb. 38-ci dəqiqədə “Sabah” klubunun oyunçusu Coy Lens Mikels hesabı bərabərləşdirib - 1:1. 61-ci dəqiqədə “Hapoel”in oyunçusu Qay Mizrahi hesabı artırıb - 2:1. 74-cü dəqiqədə “Sabah” hesabı bərabərləşdirib - 2:2. Qolu Azərbaycan çempionunun oyunçusu Umorali Raxmonaliyev vurub. 90+4-cü dəqiqədə Azərbaycan təmsilçisi hesabda irəli çıxıb - 3:2. Bu dəfə “Sabah”ın oyunçusu Tellur Mütəllimov fərqlənib.
Ümumi hesab bərabər olduğu üçün komandalar əlavə vaxtda güclərini sınayıb.
Əlavə vaxtda Azərbaycan təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 4:2. 101-ci dəqiqədə “Sabah”dan Patrik Orfe Mbina fərqlənib. 115-ci dəqiqədə Coy-Lens Mikels hesabı 5:2-yə çatdırıb. Ümumi hesab 6:4 hesabı ilə Azərbaycan çempionunun xeyrinə başa çatıb.
Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, komandalar arasında Rumıniyada baş tutan ilk oyunda İsrail klubu 2:1 hesablı qələbə qazanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top