Okeanlarda temperatur rekord həddə çatdı


Qlobal okean səthinin temperaturu yeni rekord səviyyəyə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Copernicus” Avropa iqlim xidməti məlumat yayıb.
Məlumata görə, qrafikə əsasən, qütb bölgələri istisna olmaqla, okeanın orta temperaturu 21,10°C-yə çatıb.
Qeyd edək ki, bundan əvvəl iyul ayında okean səthinin orta temperaturu meteoroloji qeydlərdə rekord həddə çatmış, Yer kürəsinin 60 dərəcə cənub və 60 dərəcə şimal enlikləri arasında okean səthinin orta temperaturu 20,96°C olmuşdu. İyul ayı üçün son rekord göstərici 2023-cü ilin iyul ayında qeydə alınmışdı: 20,89°C.
Xatırladaq ki, 19 iyun tarixindən etibarən dünya okeanlarında suyun temperaturu hər gün artaraq bütün dövrlərin rekorduna yaxınlaşır. Əvvəlki rekord 21,09°C olub ki, bu da 2024-cü ilin mart ayında qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top