Ukrayna səfərbərlik yaşının azaldılmasını müzakirə edir


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səfərbərlik yaşının 60-dan 50 və ya 55-ə endirilməsini müzakirə edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ali Radanın Milli Təhlükəsizlik Komitəsinin sədri Roman Kostenko “Ukrayinska Pravda”ya bildirib.
“Baş Qərargah hərbi xidmətdə olan və ordu üçün çatışmayan və ya çox ehtiyac duyulan ixtisaslara malik şəxslər istisna olmaqla səfərbərliyə yanaşmaların yaşa əsasən dəyişdirilməsi, xüsusən də 50 və ya 55 yaşdan yuxarı vətəndaşların hərbi xidmətə çağırılmasının məhdudlaşdırılması imkanlarını müzakirə edir” - deyə o qeyd edib.
Kostenkonun sözlərinə görə, hələlik yekun qərar verilməyib və hazırda mümkün variantlar müzakirə olunur. O, səfərbərlik yaşının azaldılmasının müvafiq idarəetmə qərarı tələb edəcəyini və bu addımın qanunvericilik dəyişikliklərini tələb etməyəcəyini əlavə edib.
Digər tərəfdən, millət vəkili səfərbərlik yaşının 25 yaşdan aşağı endirilməsi variantının hazırda nəzərdən keçirilmədiyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top