
İranla münaqişədə ölənlərin və yaralanan ABŞ hərbçilərinin ümumi sayı 776-ya çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi hesabatlarında öz əksini tapıb.
Sonuncu dəfə avqustun 24-də yenilənən məlumata görə, ABŞ hakimiyyətinin 5 mayda başa çatdığını elan etdiyi “Epik Qəzəb” əməliyyatı zamanı 417 nəfər yaralanıb, daha 14 nəfər isə həlak olub.
İyulun 7-də Amerikanın yeni hücumları başlayandan bəri yaralananların sayı 341-ə çatıb, 4 nəfər isə həlak olub.
Beləliklə, ABŞ silahlı qüvvələrinin İranla münaqişədə ölənlərin və yaralananlarən sayı 776 nəfərə çatıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq Tehran İsrailə və Yaxın Şərqdəki Amerika hədəflərinə zərbələr endirib.
İyunun 18-də ABŞ və İran müvəqqəti anlaşma memorandumu imzalayıblar. Lakin cəmi bir neçə gün sonra Amerika liderləri Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda günahlandırıblar. İran həmçinin Amerika ordusunu zərbələr endirməkdə ittiham edib. Lakin iyulun əvvəlində ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında atəşkəsin artıq qüvvədə olmadığını elan edib.
Avqustun 19-da Vaşinqton Tehranın maksimum təcrid olunmasına çalışacağını və ticarət və maliyyə əlaqələrini qorumağa kömək edən xarici qurumları cəzalandırmaq niyyətində olduğunu açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz