
ABŞ-nin İranla imzalanmış anlaşma memorandumunun müddəalarını, o cümlədən Hörmüz boğazının idarə olunması ilə bağlı müddəanı həyata keçirmək öhdəliyi Tehranın Vaşinqton nümayəndələri ilə dolayı danışıqları bərpa etmək üçün əsas şərtidir.
Yeniavaz.com xəbər verir ki, bu barədə” Tasnim” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, Pakistan ordusunun komandanı Asim Munirin Tehrana səfəri zamanı ona İranın mövqeyi çatdırılıb.
Bu mövqeyə əsasən, Vaşinqtonun İslamabad Sazişinə (anlaşma memorandumuna) qayıtması və onun müddəalarının, o cümlədən Hörmüz boğazının İran tərəfindən idarə olunması ilə bağlı 5-ci maddənin həyata keçirilməsi İranın dialoqun bərpası üçün əsas şərtlərindəndir.
Qeyd olunur ki, Pakistan tərəfi bu mövqeyi ABŞ-a çatdırmağa çalışır.
“Tasnim”in qeyd etdiyi kimi, Munirin İran rəhbərliyi ilə görüşləri zamanı Pakistanın baş komandanı ABŞ-dən Tehrana heç bir təhdid və ya oxşar mesaj çatdırmayıb və danışıqların bərpası və davam etdirilməsi üçün şərait yaratmağa çalışıb.
Tətbiqimizi yükləyə bilərsiniz