
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Rusiya rəsmiləri ilə görüşlər keçirmək üçün Moskvaya gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CBS News” telekanalının müxbiri Cennifer Ceykobs “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Retkliff Rusiyaya “Boeing C-17A Globemaster III” təyyarəsi ilə yola düşüb.
Bu, Retkliffin MKİ direktoru kimi Rusiyaya ilk səfəridir.
Kreml səfərin məqsədi barədə heç bir məlumata malik olmadığını və Rusiya liderlərinin bu həftə ABŞ administrasiyasının rəsmiləri ilə görüşlərinin planlaşdırılmadığını bildirib.
Ekspertlər mümkün məhbus mübadiləsini və ya Moskva ilə yeni əlaqələr hazırlamaq üçün Vaşinqton nümayəndələrinin gəlişini mümkün ehtimallar kimi göstərirlər.
Qeyd edək ki, avqustun 25-i səhəri ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17 Globemaster III” hərbi nəqliyyat təyyarəsi gözlənilmədən Vnukovo hava limanına eniş edib. Sirli təyyarə iki gün əvvəl Vaşinqton yaxınlığındakı prezident Endryus Hərbi Hava Qüvvələri bazasından Riqaya uçub.
Tətbiqimizi yükləyə bilərsiniz