Savinyo “Tottenhem”ə keçdi – Rəsmi


Braziliyalı futbolçu Savinyo “Mançester Siti”dən “Tottenhem Hotspur”a keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda müqavilənin müddəti və detalları açıqlanmayıb.
Qeyd edək ki, daha əvvəl media "Mançester Siti"dən transfer haqqının təxminən 99 milyon avro olacağını və bütün zəruri prosedurlar başa çatdıqdan sonra müqavilənin yekunlaşdırılacağını bildirmişdi.
Xatırladaq ki, Savinyo 22 yaşındadır. O, “Mançester Siti”də bütün turnirlərdə 84 oyun keçirib, 7 qol vurub və 16 məhsuldar ötürmə edib. O, həmçinin İspaniyanın “Jirona”, Hollandiyanın “PSV Eyndhoven” və Braziliyanın “Atletiko Mineyro” klublarında da oynayıb.
Savinyo Braziliya millisində 13 oyun keçirib və bir qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top