Kaliforniyada ABŞ-dan ayrılmaq üçün imza toplanır

Bu gün Kaliforniya ştatında ABŞ-dan ayrılmağı nəzərdə tutan imzatoplama mərasimi ("Calexit") start götürüb. "Yeniavaz.com"un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, "Calexit" tərəfdarlarına bu məsələnin müzakirəyə çıxarılması üçün 180 gündə 585 min 407 imza toplamaq lazım gələcək. Əgər ştatın ABŞ-dan ayrılmasını nəzərdə tutan imzatoplama uğurla başa çatsa, onda gələn ilin noybar ayında Kaliforniyanın ABŞ-ın tərkibində qalmasını nəzərdə tutan və ölkə konstitusiyasında öz əksini tapan "ölkənin ayrılmaz hissəsi" və "ali qanunlarına tabe olma" müddəaları üzrə referenduma baş vurulacaq. 2019-cu ildə isə Kalforniyanın ABŞ-dan ayrılması barədə referendum keçiriləcək. Əgər referendumda iştirak edənlərin 55 faizi ölkənin ABŞ-dan ayrılmasına səs versələr, onda Kaliforniya müstəqil dövlət olacaq. Xatırladaq ki, Kaliforniyanın ABŞ-dan ayrılması məsələsi Trampın prezident seçilməsindən sonra gündəmə gəlib. Tramp prezident seçkiləri zamanı Kaliforniyada 31,5, xanım Klinton isə 61,5 faiz səs toplamışdı. Onu da deyək ki, ərazisinin böyüklüyünə görə ABŞ-da üçüncü ştat olan Kaliforniyada 39 milyon əhali yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top