Bakıda "Məktəblər arası Dama Çempionatı" keçirildi

Dünən “Məktəblinin Dostu” layihə çərçivəsində Məktəblinin Dostlarının təşkilatçılığı ilə "Məktəblər arası Dama Çempionatı" keçirilib.

“Yeniavaz.com” xəbər verir ki, çempionata ev sahibliyini 189-190 nömrəli tam orta məktəb edib. 29 məktəbin iştirak etdiyi çempionata maraq böyük olduğundan şagirdlərə dəstək olmaq üçün məktəbin müəllimləri, valideynlər də iştirak ediblər. Gərgin keçən oyunun sonunda III yerin sahibi 117 nömrəli tam orta məktəb, II yerin sahibi 189-190 nömrəli tam orta məktəb, qalib isə 5 nömrəli tam orta məktəb olub. Qalib komandaların arasında qrosmeysterlər, usta dərəcəli dama oyunçuları da var.

Qeyd edək ki, “Məktəblinin Dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsidir. Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi şagirdlərin asudə vaxtlarının səmərəli və maraqlı şəkildə keçirmələrinə şərait yaratmaq, məktəblər arasında əməkdaşlıq və dostluq əlaqələrini gücləndirmək və stolüstü idman növlərinin inkişafını təmin etməkdir.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top