Yeni telefon alarkən təhlükəsizliyi necə təmin etməliyik?


Yeni telefon almaq, məlumatların təhlükəsizliyini sıfırdan təmin etmək üçün yaxşı fürsətdir.
Yeniavaz.com
xəbər verir ki, Rusiya Federasiyası Maliyyə Nazirliyinin Maliyyə Savadlılığı İdarəsinin rəisi Dmitri Modelin sözlərinə görə, cihazı açdıqdan sonra bəzi parametrləri aktivləşdirməyimiz məlumat oğurluğu və telefon itkisi riskini xeyli azaldır.

Sadə parollardan və qrafik açarlardan çəkinin
Sadə parol əvəzinə (ad günləri, ləqəblər) mürəkkəb parollardan , həmçinin barmaq izi və üz tanınmasından istifadə daha etibarlıdır. Mütəxəssislər parol menecerlərindən istifadə etməyi də məsləhət görürlər.

İki faktorlu identifikasiyanı (doğrulamanı) aktivləşdirin
Hətta ən mürəkkəb parol belə oğurlana bilər. Buna görə də iki faktorlu identifikasiyani aktivləşdirmək lazımdır. Bu halda kiberhücum edən şəxs şifrəni bilsə belə, ikinci faktor olmadan daxil ola bilməyəcək.

Kilid ekranında bildiriş məzmununu gizlədin
Bu da digər önəmli faktordur. Belə ki, ictimai nəqliyyatda olarkən sizə gələn hər hansı bir mesaj və ya sms kodları yad biri tərəfindən oxuna bilər.
Buna görə də, yalnız göndərənin adını saxlamaq və ya önizləməni tamamilə deaktiv etmək kifayətdir.

Cihaz axtarışını dərhal aktivləşdirin
Yeni smartfon alarkən ilk etməli olduğunuz şey uzaqdan axtarışı aktivləşdirməkdir (“Google”dan “Cihazımı tap” və ya “Apple”dan “iPhone-u tap”). Bu addım  telefonunuz itirildikdə və ya oğurlandıqda, onu tez bir zamanda tapa, bloklaya və ya məlumatlarınızı uzaqdan silə bilmək üçün əlverişlidir.

Rəsmi təhlükəsizlik proqramını quraşdırın
Son olaraq isə, təhlükəsizlik tətbiqlərindən də istifadə etmək təklif edilir. Bu tətbiqlər cihazı viruslardan, zərərli proqramlardan və digər təhlükələrdən qoruyur.

DİGƏR XƏBƏRLƏR

Top