Kənan Yıldız zədələndi – Üç ay oynaya bilməyəcək


“Yuventus”un 21 yaşlı türkiyəli cinah oyunçusu Kənan Yıldızın sol topuğu sınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.
O, İtaliya çempionatının ilk turunda “Yuventus”un “Frozinone” üzərində 1:0 hesablı qələbə qazandığı oyunun 69-cu dəqiqəsində əvəzlənib.
Məlumata görə, Kənan Yıldız əməliyyat olunacaq və təxminən üç ay oynaya bilməyəcək.
Qeyd edək ki, Kənan Yıldız ötən mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 47 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.
“Transfermarkt” onun transfer dəyərini 75 milyon avro olaraq qiymətləndirir.

DİGƏR XƏBƏRLƏR

Top