MDB-də ən "kasıb" kitabxanalar Azərbaycanda yerləşir - CƏDVƏL

Azərbaycanda 3 min 200 kütləvi kitabxana və bu kitabxanalarda 32 milyon 600 min nüsxə kitab mövcuddur. "Yeniavaz.com"un Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik göstəricilərə istinadən apardığı hesablama göstərir ki, hər kitabxanaya düşən kitabların sayına görə, Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında sonuncu sırada yer alıb. Azərbaycanda hər kitabxananın payına orta hesabla 10 min nüsxə kitab düşür. Bu göstərici, yəni hər kitabxanaya düşən orta kitab sayı Belarusda 20,7 min nüsxə, Ermənistanda 23 min, Qazaxıstanda 28,3 min, Qırğızıstanda 20,8 min, Moldovada 12,3 min, Rusiyada 21,5 min, Tacikistanda 12,2 min, Ukraynada isə 15,4 min nüsxə təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top