Zelenski yeni bir plan hazırladı


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Avropa İttifaqı ilə birlikdə Rusiya ilə münaqişəyə son qoymaq üçün yeni bir plan hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Ukrayna liderinin sözlərinə görə, plan atəşkəs elan edilməsini, Ukrayna və Rusiya qoşunlarının cəbhə xəttindən qarşılıqlı şəkildə çıxarılmasını və bufer zonasının yaradılmasını nəzərdə tutur.
“Bildiyimiz qədər, Amerika tərəfinin daha bir neçə ideyası var. Onlar bu ideyaları bölüşmək üçün uyğun məqam tapmaq istəyirlər. Biz onları gözləyirik”, - deyə Zelenski qeyd edib.
O, həmçinin bildirib ki, Kiyev ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri və Avropa rəsmiləri ilə birlikdə plan üzərində işləyir.

DİGƏR XƏBƏRLƏR

Top