ABŞ Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxardı


ABŞ administrasiyası Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, Suriyanın “Heyət Təhrir əş-Şam” qrupu isə ABŞ Dövlət Departamentinin və Maliyyə Nazirliyinin terrorçu təşkilatlar siyahısından çıxarılıb.
Sənəddə qeyd olunur ki, qərar ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları yumşaltmaq vədinə uyğun olaraq, qəbul edilib.
Bundan əlavə, Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi “Heyət Təhrir əş-Şam” qrupunu qara siyahıdan çıxarıb.
ABŞ Maliyyə Nazirliyi terrorizmi dəstəkləyən dövlətlər siyahısındakı ölkələrlə ticarət edən qurumlara, fərdlərə və dövlətlərə qarşı tədbir görə bilər. Siyahıya hazırda İran, Şimali Koreya və Kuba daxildir.

DİGƏR XƏBƏRLƏR

Top