
Sabah saat 23.00-dan 26-sı gecə saatlarınadək Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Məlumata görə, diametri 200 mm olan içməli su xəttinin diametri 600 mm olan magistral su borusuna qoşulması işləri aparılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz