
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusev “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Diplomatın sözlərinə görə, Ukrayna Prezidenti bir sıra beynəlxalq tərəfdaşları dövlət mükafatları ilə təltif edib və təltif edilənlər arasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də var.
Hikmət Hacıyevin ordenlə təltif edilməsi haqqında fərman Ukrayna Prezidentinin saytında da dərc olunub.
President of Ukraine @ZelenskyyUa has honored international partners with state awards.
— Yuriy Husyev (@Husyev) August 24, 2026
Among the recipients is Assistant to the President of Azerbaijan @HikmetHajiyev, awarded the Order of Merit, (3rd Class).
Congratulations and thank you for cooperation! 🇺🇦🇦🇿 pic.twitter.com/xU9QE07kka
Tətbiqimizi yükləyə bilərsiniz