Gürcüstanda keçmiş baş nazirə qarşı ittiham irəli sürüldü


Gürcüstan Baş Prokurorluğu çirkli pulların yuyulmasında təqsirli bilinən keçmiş baş nazir İrakli Qaribaşviliyə qarşı korrupsiya ittihamı irəli sürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə baş prokurorun müavini Amiran Quluaşvili brifinqdə bildirib.
Onun sözlərinə görə, Gürcüstan Baş Prokurorluğu keçmiş Baş nazir İrakli Qaribaşvilini bir qrup şəxs arasında əvvəlcədən əlbir olaraq xüsusilə böyük miqdarda rüşvət almaqda ittiham edib.
Qaribaşviliyə qarşı ittihamlar 11 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutur.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında o, çirkli pulların yuyulmasında ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib. Müstəntiqlərin sözlərinə görə, o, gizli şəkildə vəzifəli şəxslər üçün qanunla qadağan edilmiş bizneslə məşğul olub. Məhkəmə həbs cəzasından əlavə, ona bir milyon lari (650 min manatdan çox) cərimə ödəməyi də əmr etdi.
Xatırladaq ki, Qaribaşvili ilk dəfə 2013-cü ildə Gürcüstan hökumətinə rəhbərlik edib və 2015-ci ildə bu vəzifədən ayrılıb. Daha sonra o, 2019-cu ildə müdafiə naziri kimi kabinetə qayıdıb. 2021-ci ildə Gürcüstan parlamenti onu yenidən baş nazir vəzifəsinə təsdiqləyib. 2024-cü ilin yanvarında Qaribaşvili bu vəzifədən ayrılıb və yenidən baş nazir olan İrakli Kobaxidzenin yerinə “Gürcü Arzusu” partiyasının sədri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top