
Rusiya və Ukrayna daha bir əsir mübadiləsi həyata keçiriblər.
Yeniavaz.com BelTA agentliyinə istinadla xəbər verir ki, mübadilə Belarusda baş tutub.
Məlumata görə, Ukrayna əsirliyindən on hərbçi Rusiyaya qaytarılıb. Eyni sayda hərbçi də Rusiya əsirliyindən Ukraynaya təhvil verilib.
Agentliyin məlumatına görə, hərbi əsirlər 10-a 10 düsturu ilə dəyişdirilib.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında son əsir mübadiləsi ötən həftə baş tutub. Əsirlər 103-ə 103 düsturu ilə dəyişdirilib. BƏƏ mübadilədə vasitəçi kimi çıxış edib.
Tətbiqimizi yükləyə bilərsiniz