
Azərbaycana idxal olunan qida məhsullarına fiziki nəzarət zamanı Çin mənşəli 4 məhsulda uyğunsuzluq aşkarlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində AQTA məhsul partiyalarından nümunələr götürərək laborator müayinələrə cəlb edib.
“Aparılan müayinələr nəticəsində yaşıl çayda pestisid qalığı, əriştədə və çörək qırıntılarında kif və maya göbələkləri müəyyən olunub.
Uyğunsuzluq aşkarlanan məhsullardan 3-ü Çindən, “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC-nin idxal etdiyi əriştə məhsulu isə Rusiyadan gətirilərkən yoxlamalara cəlb edilib.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, məhsul partiyalarının ölkə ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb”.
Aşkarlanan uyğunsuzluqlar aşağıdakılardır:


Tətbiqimizi yükləyə bilərsiniz