
Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru, professor Ayvaz Xələfli vəfat edib.
Yeniavaz.com Ölkə.az-a istinadən xəbər verir ki, o, yaşla əlaqədar xəstəlikdən dünyasını dəyişib.
A.Xələfli 1942-ci ildə Qərbi Azərbaycanın Krasnoselsk rayonunun Cil kəndində anadan olub.
Qeyd edək ki, o, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və professor Abuzər Xələfovun qardaşıdır.
Tətbiqimizi yükləyə bilərsiniz