Azərbaycan millisi C qrupunun lideridir – Bu gün 3-cü oyununa çıxır


Azərbaycan milli komandası bu gün Bakıda qadın voleybolçular arasında keçirilən Avrop çempionatında Rumıniya ilə qarşılaşacaq.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan millisi C qrupunda mübarizə aparır. Qrupda Azərbaycanla yanaşı Belçika, Niderland, Portuqaliya, Rumıniya və İspaniya komandaları yer alır.
Qeyd edək ki, millimiz turnirə uğurlu başlayıb. Azərbaycan ilk oyununda Portuqaliyanı 3:1 hesabı ilə məğlub edib. Komandamız daha sonra İspaniya ilə qarşılaşıb və bu görüşdən də 3:0 hesablı qələbə ilə ayrılıb.
Beləliklə, Azərbaycan iki oyundan sonra 6 xalla C qrupunun lideridir.
Məlumat üçün bildirək ki, Azərbaycan – Rumıniya qarşılaşması 24 avqust saat 18:30-da Milli Gimnastika Arenasında keçiriləcək.
Onu da bildirək ki, Avropa çempionatı  21 avqust–6 sentyabr tarixlərində Azərbaycan, Türkiyə, Çexiya və İsveçin ev sahibliyi ilə keçirilir. Turnirdə 24 milli komanda iştirak edir. Bakı isə C qrupunun oyunlarına ev sahibliyi edir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top