İrandan ölkəyə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb – Foto


Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 55 kiloqram 105 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Yeniavaz.com
DSX-nin mətbuat mərkəzinə istinadla xəbər verir ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqust ayının 21-də 26 kiloqram 5 qram narkotik vasitəni və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbini ölkə ərazisinə keçirməyə cəhd göstərən 1 (bir) nəfər, avqust ayının 22-də isə 29 kiloqram 100 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən 3 (üç) nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Bildirilib ki, hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top