Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan İranı “Məkkə Sazişi”nə dəvət edib


Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan İranı “Məkkə Sazişi”nə qoşulmağa dəvət ediblər.
Yeniavaz.com
xəbər verir ki, bunu İran parlamentinin mətbuat xidmətinin rəhbəri Mehdi Rəhimi “Əl Mayadeen” televiziyasına bildirib.
O qeyd edib ki , Tehran hazırda təklifi araşdırır.
Rəhiminin sözlərinə görə, region ölkələri regional təhlükəsizlik sisteminin yaradılması istiqamətində irəliləyirlər. O bunu İranın qələbəsi adlandırıb:
“Tehran uzun müddətdir ki, belə bir mexanizmin formalaşdırılmasını müdafiə edir. Region ölkələri regional təhlükəsizlik sistemi tapmaq istiqamətində irəliləyir və bu, İran üçün qələbədir, çünki o, uzun müddətdir ki, buna çağırır”.
Rəhimi həmçinin ABŞ-nin İranla iqtisadi qarşıdurmasında onu dəstəkləyən ölkələrə xəbərdarlıq edib. O, konkret hansı nəticələrdən danışdığını açıqlamadan deyib:
“İrana qarşı apardığı iqtisadi müharibədə ABŞ-ni dəstəkləyən hər kəs bunun bədəlini ödəyəcək”.

DİGƏR XƏBƏRLƏR

Top