
Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bildirilib ki, Mirziyoyev Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə bu ordenlə təltif edilib.
Tətbiqimizi yükləyə bilərsiniz