Türkiyədə sərnişin avtobusu aşıb, ölən və yaralananlar var

Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 43 nəfər yaralanıb. "Habertürk" xəbər verir ki, hadisə Konya şəhərində qeydə alınıb. Belə ki, yolların buz bağlaması səbəbindən avtobus idarəetməni itirərək yoldan çıxıb. Avtobusda qalan yaralılar xilas edilərək yaxınlıqdakı xəstəxanalara aparılıblar.Report

DİGƏR XƏBƏRLƏR

Top