İranın rabitə naziri Naxçıvan - Məşhəd dəmir yolu xəttinin açılışında iştirak edəcək

İranın rabitə naziri informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycana səfər edəcək. "Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, iranlı nazirin Azərbaycana səfəri noyabrın 27-28-nə planlaşdırılıb. Bakıya səfəri zamanı M.Vaezi Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparacaq. Ardından M.Vaezi Naxçıvan - Məşhəd dəmir yolu xəttinin açılışında iştirak etmək məqsədilə Muxtar Respublikaya gedəcək.

DİGƏR XƏBƏRLƏR

Top