
Avqustun 22-də Qərbi Abşeron yatağı, 50 saylı platformada işçi bədbəxt hadisə nəticəsində ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Neftçilərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı sosial media hesabında yazıb.
O bildirib ki, SOCAR AQŞ-nin işçisi, çilingər peşəsində çalışan Nizami Abbasov qaldırıcı qurğunun üzərinə aşması zamanı həyatını itirib.
SOCAR AQŞ-dən APA-ya bildirilib ki, hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz