
İsrail və Türkiyə gərginliyin qarşısını almaq üçün gizli rabitə kanallarından istifadə edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası “Kan” mənbəyə istinadla məlumat yayıb.
“İsrail Türkiyəni düşmənə çevirmək istəmir; ölkələr arasında mesajlar çatdırmaq və qarşıdurmanın qarşısını almaq üçün gizli kanallar mövcuddur. Lakin, mesajlar faydasız olduqda, İsrail hərəkətə keçməyə məcbur olur”, - mənbə bildirib.
Telekanalın məlumatına görə, İsrail, xüsusən də İsrail Hərbi Hava Qüvvələrinin hərəkət azadlığını təhdid edə biləcək hava hücumundan müdafiə sistemlərinin, dronların və raketlərin yerləşdirilməsi ilə bağlı olaraq, Suriyada Türkiyənin hərbi cəhətdən möhkəmlənməsinin qarşını almaq üçün qırmızı xətlər müəyyən edib.
İsrailin xarici işlər naziri Gideon Saar isə 22 avqustda N12 TV-nin efirində bildirib ki, Qüds Ankara ilə münaqişəni qızışdırmaqda maraqlı deyil, lakin Suriyada Türkiyə hərbi bazalarının yaradılmasına icazə verməyəcək.
Tətbiqimizi yükləyə bilərsiniz