Tramp İran tərəfinin qəzəbinə səbəb olacaq görüntünü təkrar paylaşdı – Foto


ABŞ Prezidenti Donald Tramp növbəti dəfə özünün “Truth” sosial şəbəkəsində Hörmüz boğazının “yeni ABŞ ərazisi” kimi qeyd olunduğu xəritəni dərc edib.
Yeniavaz.com
xəbər verir ki, paylaşım heç bir şərhlə müşayiət olunmur.
Xatırladaq ki, Tramp ilk dəfə avqustun 18-də, ABŞ-nin İrana qarşı “tarixin ən sərt sanksiyaları”nı tətbiq etdiyini elan etməsindən sonra həmin xəritəni bu formada təqdim etmişdi.
Bu sanksiyalar Tehrana iqtisadi təzyiqi artırmaq və strateji əhəmiyyətli boğaz ətrafındakı qarşıdurmaya son qoymaq məqsədi daşıyırdı.

DİGƏR XƏBƏRLƏR

Top