
Acun Ilıcalının sahibi olduğu “Hall Siti” 10 illik fasilədən sonra ilk Premyer Liqa matçında “Mançester Yunayted”ə qalib gəlib.
Yenavaz.com xəbər verir ki, Semi Ajayi və Nobel Mendinin qolları “Hall Siti”yə 2-0 hesablı qələbə qazandırıb.
Oyun “Hall Siti”nin doğma meydanında baş tutub. Ev sahibi komanda matça çox sürətli başlayıb və 17-ci dəqiqədə Semi Ajayinin qolu ilə 1-0 irəli keçib. Qoldan sonra hücumlarını artıran “Hall Siti” rəqibinə oyun qurmaq üçün fürsət verməyib.
“Hall Siti”nin sürətli futbolu 38-ci dəqiqədə də qolla nəticələnib. Nobel Mendi qol fərqini ikiyə çıxarıb. İlk hissə “Hall Siti”nin 2-0-lıq üstünlüyü ilə başa çatıb.İkinci hissədə isə “Mançester Yunayted”ın hesabı dəyişdirmək cəhdləri nəticə vermeyib.
Beləliklə, “Hall Siti” 10 il sonra qayıtdığı Premyer Liqadakı ilk matçından 3 xalla ayrılıb.
Tətbiqimizi yükləyə bilərsiniz