İnfantino üçün etimadsızlıq səsverməsi keçirilə bilər


UEFA, AFC və COMNEBOL FIFA prezidenti İnfantino üçün etimadsızlıq səsverməsi keçirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “talkSPORT”a mənbələrə istinadla məlumat verib.
Mənbənin məlumatına görə, UEFA, AFC və COMNEBOL (müvafiq olaraq Avropa, Asiya və Panamerika federasiyaları) liderləri milli federasiyaları təcili səsverməni dəstəkləməyə çağırırlar.
FIFA-nın nizamnaməsinə görə, FIFA-nın 211 üzv assosiasiyasından 43-ü yazılı sorğu təqdim edərsə, fövqəladə konqres çağırıla bilər.
Ümumilikdə, UEFA, AFC və COMNEBOL mümkün 211 səsdən 136-sına sahibdir.
Qeyd edək ki, iyulun 28-də İnfantinonun turniri idarə etmək üçün ayrıca bir şirkət yaratmağı və səhmlərinin təxminən 20-30%-ni investorlara satmağı düşündüyü barədə məlumat yayıldı. Lakin bu təşəbbüs müqavimətlə qarşılaşdı. Bütün UEFA-ya üzv ölkələr təklifin qəbul ediləcəyi təqdirdə 2030-cu il Dünya Kubokunu boykot etmək üçün yekdilliklə səs verdilər. Asiya Futbol Konfederasiyası və KONKAKAF daha sonra bu təşəbbüsə qoşuldu. Nəticədə, FIFA təklifi rədd etdi.
Xatırladaq ki, 56 yaşlı İnfantino 2016-cı ilin fevral ayında keçirilən fövqəladə konqresdə FİFA prezidenti seçilib. O, təşkilat daxilində çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa verən İsveçrə prezidenti Yozef Blatterin yerinə keçib. İnfantino 2019 və 2023-cü illərdə rəqibsiz yenidən seçilib. Növbəti FİFA prezident seçkiləri 2027-ci ilin mart ayında Rabatda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top